Dövlət qulluğunda işləmək istəyənlər üçün NÖVBƏTİ sınaq imtahanları olacaq


Digərləri 29 May 2019 17:54:00 243 0

Dövlət qulluğunda işləmək istəyənlər üçün NÖVBƏTİ sınaq imtahanları olacaq

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə,sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 31 may, 7 və 14 iyun tarixlərində keçiriləcək.

31 may tarixində keçiriləcək imtahan saat 14:30-da, 7 iyun tarixində keçiriləcək imtahan saat 10:00-da, 14 iyunda keçiriləcək imtahan isə saat 14:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 31 may saat 13:00-da, 7 iyun saat 09:00-da, 14 iyun saat 13:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır.