Bakı-Sabunçu qatarı 3 gün işləməyəcək


Digərləri 29 May 2019 17:51:00 163 0

Bakı-Sabunçu qatarı 3 gün işləməyəcək

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları sabah hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.

Bakı. Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları sabah hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmirlə əlaqədar olaraq 31 may, 01,02 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır. Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq. Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.