Məşhur aparıcıdan etiraf: "Ögey atam mənə qarşı seksual zorakılıq edib"


Dünya 29 May 2019 17:16:00 258 0

Məşhur aparıcıdan etiraf: "Ögey atam mənə qarşı seksual zorakılıq edib"

Məşhur aparıcı və komediya ustası Ellen Deceneres illər sonra dəhşətli etiraf edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aparıcı uşaq yaşlarında ögey atası tərəfindən seksual zorakılığa məruz qaldığını bildirib. 

Bir verilişdə iştirak edən Deceneres anasının çox pis bir adamla ailə qurduğunu, ögey atası sayılan bu şəxsin ona əl ilə seksual xarakterli zorakılıq etdiyini bildirib:

"Anam Betti döş xərçəngindən əziyyət çəkirdi. Anam şəhərdən kənarda olanda ögey atam yanıma gəldi və sinəmi əlləşdirməyə başladı. Bunu bir neçə dəfə başqa vaxtlarda da etdi".


Xəbərə aid fotolar