2 otaqlı ev əşyalarla birgə yandı
Digərləri 29 May 2019 15:29:00 173 0
Göyçayda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Kürd kəndində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az