Tarixin ən sürətli təyyarəsinin istehsalı başlayır FOTO


Digərləri 29 May 2019 14:55:00 248 0

Tarixin ən sürətli təyyarəsinin istehsalı başlayır  FOTO

"Boom Supersonic" şirkətinin "Mach-2.2" sərnişin təyyarəsi olan "Overture" modelinin layihəsi və istehsalı prosesini sürətləndirmək üçün "Dassault Systemes" artıq "SDEXPERİENCE" platformasını istifadə etdiyini açıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, məsələ ilə bağlı "Boom Supersonic" şirkətinin rəhbərlərindən biri Coşua Krall açıqlama verib. O, bildirib ki, sözügedən layihə qitələrarası sərnişin daşımasında inqilaba səbəb olacaq.

Hazırda şirkət tərəfindən "XB-1" ikinəfərlik təyyarə istehsal edilir. Şirkətin əsas layihəsi olan "Overture" istifadəyə yararlı halda olanda, tarixin ən sürətli sərnişin təyyarəsi olacaq. Mach 2.2 sürətində Nyu-Yorkdan Londona 3 saatda çatmaq mümkün olacaq. Bu gün isə bu məsafə 9 saata qət edilir. Tokiodan San-Fransiskoya isə uçuş müddəti cəmi 5.5 saat olacaq.


Xəbərə aid fotolar