ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər


Digərləri 29 May 2019 13:56:44 238 0

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər

“Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər.

Bakı. Fəxri Vəkilov - “Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər. Trend-in məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqston XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı zamanı deyib. O bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın uğurları ölkəyə yeni və etibarlı gəlir mənbəyi təqdim edir: “ABŞ bu layihəni qətiyyətlə dəstəkləyir. Biz qəbul edirik ki, bu layihə Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər”.