Şəkidə xaşxaş əməliyyatı


Kriminal 29 May 2019 13:47:00 305 0

Şəkidə xaşxaş əməliyyatı

Şəki şəhərində 80 kiloqrama yaxın narkotik məhv edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, "Xaş-xaş 2019" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitən, çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar