Fransa Parlamentinin üzvü: "Azərbaycan dövlətinin müstəqil siyasəti var, böyük güclərdən asılı deyil"


Siyasət 29 May 2019 13:38:00 265 0

Fransa Parlamentinin üzvü: "Azərbaycan dövlətinin müstəqil siyasəti var, böyük güclərdən asılı deyil"

Azərbaycan dövlətinin müstəqil siyasəti var, böyük güclərdən asılı deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib.

Onun sözlərinə görə, Azərbaycanın nəinki mərkəzi, eləcə də regionları çox inkişaf edib: "Azərbaycandakı iqtisadi inkişaf məni heyrətləndirir. Ölkənizin apardığı siyasəti çox bəyənirəm. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Buradakı tolerantlıq da məni valeh edir. Azərbaycan çox təhlükəsiz ölkədir".