Britaniyada bir ilk


Digərləri 29 May 2019 13:11:00 243 0

Britaniyada bir ilk

Böyük Britaniyanın İslinqton şəhərində maraqlı hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, İslinqton şəhər şurasının iclasında keçirilən seçkilər nəticəsində Somalidən olan Rakxiya İsmayıl mer seçilib.

İsmayıl Somalidən Böyük Britaniyaya 1980-ci illərdə qaçqın kimi gəlib. Bir müddət sonra isə Britaniya paspotu alıb. 2012-ci ildə Rakxiya İslinqton şəhər şurasına üzv seçilib. Ötən ilə isə onu vitse-mer seçiblər. Dövlət işindən başqa İsmayıl xeyriyyə işi ilə məşğul olur.

"İslinqton meri olmaq böyük şərəfdir. Bura mənim evimdir", - Rakxiya mer seçiləndən sonra deyib.