ASK: Ağcabədidəki zavodda 72 min tondan artıq pambıq emal ediləcək (FOTO)


Digərləri 29 May 2019 12:44:33 198 0

ASK: Ağcabədidəki zavodda 72 min tondan artıq pambıq emal ediləcək (FOTO)

Kamran Nəbizadə “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olub

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi qurumun tabeliyindəki “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər edib. Bu barədə Trend-ə ASK-nın mətbuat xidmətindən məlumat verilib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub və görülən tədbirlərin zamanın tələblərinə uyğun olaraq vaxtında həm də keyfiyyətlə başa çatdırılmasını tövsiyyə edib. Bu il məhsul yığımı mövsümündə zavodda 72 500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq, emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə 10 000 ton, Ağdam rayonu üzrə 1 500 ton, Tərtər rayonu üzrə 3 375 ton, Goranboy rayonu üzrə 3 000 ton, ümumilikdə 17 875 ton pambıq tədarük və emal olunacaq.