Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub


Digərləri 29 May 2019 12:24:00 189 0

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Bakı. Elçin Mehdiyev - Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib. M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. "Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin