Bakıda əməliyyatdan sonra ölən həkimlə bağlı nazirlikdən


Digərləri 29 May 2019 11:54:00 236 0

Bakıda əməliyyatdan sonra ölən həkimlə bağlı nazirlikdən

Bakıda əməliyyat zamanı xəstə dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, özəl klinikaların birində həkim Sirus Qoçxani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi Trend-ə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:

"Həmin hadisə özəl klinikada baş verib, özəl klinikalar isə nazirliyin tabeçiliyində deyil".