“Bürc Xəlifə” Azərbaycan bayrağına büründü


Digərləri 29 May 2019 10:41:00 221 0

“Bürc Xəlifə” Azərbaycan bayrağına büründü

Ötən gün Dubayda yerləşən Bürc Xəlifə binası 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, göydələn ötən gecə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Qeyd edək ki, Bürc Xəlifə dünyanın ən hündür tikilisidir.

Binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Bürc Xəlifə 1.5 milyard dollara başa gəlib.


Xəbərə aid foto