BakıNovorossiysk boru kəməri ilə neft nəqli iyulun 1dən bərpa ediləcək


Digərləri 29 May 2019 10:50:00 239 0

BakıNovorossiysk boru kəməri ilə neft nəqli iyulun 1dən bərpa ediləcək

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini iyulun 1-dən bərpa edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırmışdı. Buna səbəb kəmərin Azərbaycan sahəsində aparılan təmir işləridir.

Bu müddət ərzində həmin istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.