“Con Snou” serialın bitməsindən depressiyaya düşdü,


Digərləri 29 May 2019 09:52:00 217 0

“Con Snou” serialın bitməsindən depressiyaya düşdü,

Populyar "Taxt Oyunları" fentezi serialında Con Snou rolunu oynamış Kit Harrinqton finaldan sonra reabilitasiya klinikasına yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Bir sıra mənbələrin iddiasına görə, 32 yaşlı aktyor elit "Prive-Swiss" klinikasında serialın başa çatması ilə əlaqədar düşdüyü depressiya, stress, taqətsizlik və alkoqolizmdən müalicə olunur. Serialın çəkilişlərinin yekunlaşması aktyora pis təsir göstərib.

Həkimlər onu psixoloji treninqlərə, koqnitiv-davranış terapiyası və meditasiya kurslarına yazdırıb. Serialda onunla birgə çəkilmiş həyat yoldaşı Rouz Leslinin hazırda ərinin yanında olduğu bildirilir.

Klinikada müalicə xərcləri 120 min dollara yaxındır.