Bu gün zərurət yaranacağı təqdirdə metro səhərə qədər fəaliyyət göstərəcək - RƏSMİ (ÖZƏL)


Digərləri 29 May 2019 09:34:39 248 0

Bu gün zərurət yaranacağı təqdirdə metro səhərə qədər fəaliyyət göstərəcək - RƏSMİ (ÖZƏL)

Bakı Metropoliteninin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

Bakı. Samir Əli - "Bakı Metropoliteni"nin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub: