İran prezidentinin müşaviri arvadını güllələdi,


Dünya 29 May 2019 09:25:00 207 0

İran prezidentinin müşaviri arvadını güllələdi,

Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.

Özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.

Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.

Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.

Qeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. 2018-ci ilə qədər Tehranın meri olub.

İran hüquq-mühafizə orqanları prezident Həsən Ruhaninin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfini həbs ediblər. 

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, siyasətçi arvadnı güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.