Mingəçevirdə mikroavtobus qəza törədib FOTO


Digərləri 29 May 2019 09:29:00 240 0

Mingəçevirdə mikroavtobus qəza törədib  FOTO

Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub.

Son.az ONA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində baş verib.

Belə ki, "Ford" markalı mikroavtobus "Opel" markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkətində müvəqqəti çətinlik yaranıb, o cümlədən  şəhər bazarlarından birinin yerləşdiyi bu hissədə ticarət mərkəzinə giriş məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar