Hikmət Hacıyev: Avroliqanın Bakıda keçiriləcək final oyunu ilə bağlı gələn futbol həvəskarlarının təhlükəsizliyi üçün bütün tədbirlər görülüb


Digərləri 29 May 2019 09:08:23 233 0

Hikmət Hacıyev: Avroliqanın Bakıda keçiriləcək final oyunu ilə bağlı gələn futbol həvəskarlarının təhlükəsizliyi üçün bütün tədbirlər görülüb

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Avropa Liqasının oyunu ilə əlaqədar İtaliyanın aparıcı KİV-nə müsahibə verib.

Bakı. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Avropa Liqasının oyunu ilə əlaqədar İtaliyanın aparıcı KİV-nə müsahibə verib. Trend-in məlumatına görə, H.Hacıyev ev sahibi olaraq Azərbaycanın bütün oyunçular, o cümlədən H.Mxitaryanın təhlükəsizliyinə təminat verdiyi halda H.Mxitaryan və "Arsenal" komandasının gəlməmək barədə qərar qəbul etdiyini deyib: "Bu onların öz qərarıdır, idmanın, o cümlədən futbolun siyasiləşdirilməsi və siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir". H.Hacıyev əlavə edib ki, futbol UEFA-nın üzv olduğu bütün ölkələrdə təbliğ olunmalı və inkişaf etdirilməlidir. Bu baxımdan Bakıda keçirilən oyunun əhəmiyyətinə toxunan H.Hacıyev bildirib ki, bu oyun UEFA tarixində ən maraqlı oyunlardan biri olacaq və ölkəmizə gələn futbol həvəskarlarının təhlükəsizliyi və rahatlığı üçün bütün tədbirlər görülüb. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandıran H.Hacıyev bu münaqişə, Bakıda keçirilən oyun və H.Mxitaryanın etnik mənşəyi ilə bağlı əlaqənin axtarılmasının tamamilə yanlış olduğunu deyib. O bildirib ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və bu da açıq bir şəkildə özünü göstərir. H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti haqqında məlumat verərək münaqişənin həll edilməsi və regionda sülhün təmin edilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin