Xaricdə doktorantura təhsili üçün İXTİSASLAR müəyyən edilib


Digərləri 29 May 2019 08:42:52 242 0

Xaricdə doktorantura təhsili üçün İXTİSASLAR müəyyən edilib

Xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib

Bakı. İlhamə İsabalayeva - “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib: 1. Təbiət ixtisasları istiqaməti: 1.1. riyaziyyat; 1.2. mexanika; 1.3. astronomiya; 1.4. fizika; 1.5. kimya; 1.6. biologiya elmləri; 1.7. yer elmləri; 1.8. coğrafiya. 2. Kənd təsərrüfatı ixtisasları istiqaməti: 2.1. aqrar elmlər. 3. Səhiyyə və rifah ixtisasları istiqaməti: 3.1. tibb elmləri;