"Huawei" şirkətin qara siyahıya alınması ilə əlaqədar ABŞ məhkəməsinə müraciət edib


Digərləri 29 May 2019 08:30:00 217 0

"Huawei" şirkətin qara siyahıya alınması ilə əlaqədar ABŞ məhkəməsinə müraciət edib

Çinin "Huawei" şirkəti, ABŞ-ın məhkəməsinə müraciət edərək, şirkətin qlobal siyahıya alınması və Amerika istehsalçılarının komponentləri və texnologiyalarını satın almağın qadağan edilməsini konstitusiyaya zidd olduğunu qəbul edilməsini tələb edib.

Son.az Trend-ə istinadən bildirir ki, məlumata əsasən, "Huawei" artıq ABŞ-a qarşı iddia qaldırıb və həmin qanunun konstitusiyaya zidd olduğu qəbul edilməsinə dair ərizə verməyi planlaşdırır.

Şirkətdə həmin qadağını "ictimai hüquqlardan məhrum edilmə" adlandırıblar.

Huawei ümid edir ki, məhkəmə şirkətə qoyulan qadağanı konstitusiyaya zidd olduğunu elan edəcək və həmin qadağanın icrasının dayandırılması barədə qərar verəcək.