Bakıda avtomobil yanacaq doldurma məntəqəsinə çırpılıb, xəsarət alanlar var


Digərləri 29 May 2019 08:12:00 239 0

Bakıda avtomobil yanacaq doldurma məntəqəsinə çırpılıb, xəsarət alanlar var

Gecə saatlarında Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan "BYD" markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi "99-LK-284" dövlət nömrə nişanlı "Opel" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. "BYD" markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib.

Qəza nəticəsində "BYD" markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.