"Facebook" İranı kütləvi təxribatda günahlandırıb


Digərləri 29 May 2019 07:55:00 184 0

"Facebook" İranı kütləvi təxribatda günahlandırıb

"Facebook" şirkəti üç "İnstagram" hesabı daxil olmaqla 51 hesab, 36 səhifə və yeddi qrup silib.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb İranın güya arxasında durduğu əlaqələndirilmiş fəaliyyət olub.

"Facebook" xəbər verir ki, bloklanmış hesabların sahibləri özlərini məşhur amerikalı və britaniyalı siyasi xadimlər kimi tanıdıb.

Həmin şəxslər onların adından İslam, İrandakı ərəb azlıqları, Səudiyyə Ərəbistanının Yaxın Şərqdindəki nüfuzu kimi mövzular haqqında müzakirələr aparıb.