Qədr gecəsi kimin üçündür?


Digərləri 28 May 2019 23:45:00 271 0

Qədr gecəsi kimin üçündür?

Qədr gecəsi elə bir məqama malikdir ki, Quranın söylədiyi kimi, dərk ediləsi deyildir. Əgər hər kimsə bu cür əzəmətli bir gecəni dərk edə bilirsə, deməli vəhylə əlaqəsi vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Kuleyni Həsən ibni Abbasdan və o, da Rəsullahdan (s) nəql edir ki, Həzrət (s) səhabələrinə buyurmuşdu: "Qədr gecəsinə imanınız olsun. Çünki bu gecə - Əli ibni Əbitalub ilə 11 övladının gecəsidir".

Bu əzəmətli bir gecəni Peyğəmbər (s) və İmam Əli (ə) çox gözəl dərk edirdi. Ona görə də Əmirəl-möminin (ə) kəlamlarında Qədr gecəsi haqqında deyilən dəyərli sözlərə nəzər salaq.

Əsbəğ ibni Nəbatə İmam Əlidən (ə) nəql edir: "Peyğəmbər (s) mənə buyurmuşdu: "Ya Əli! Bilisənmi ki, Qədr gecəsinin mənası nədir?" Ərz etdim: "Yox, ya Rəsulallah!" Peyğəmbər (s) buyurur: "Allah Təala həmin gecə ki, Qiyamət gününün təqdiri olacaqdır, qəza və hökm etmişdir.

Allah Təalanın əmr etdiyi şey - sənin vilayətin idi və həmçinin Qiyamətə qədər sənin nəslindən olan İmamların vilayəti"".

İstər-istəməz zehnimizi belə bir sual məşğul edir ki, niyə Qədr gecəsinin hansı gecə olduğu dəqiq deyildir və bu məsələdə şübhələr vardır? Məgər Məsumlar (ə) bunu bizə xəbər etməyiblər? Yaxşı olardı ki, həmin gecə bizim üçün aydın olardı? Həzrət (ə) öz nurani kəlamlarında bu suala cavab vermişdir.

İmam Əliyə (ə) deyilir ki, bizi Qədr gecəsinə görə agah et. Həzrət (ə) də buyurur: "Mən belə deyildir ki, onu biləm və sizdən gizlədəm. Şəkk etmirəm ki, Allah Təala kömək etmək və sizə möhlət vermək üçün onu sizdən gizlətmişdir. Çünki əgər onu sizə elan etsəydi, ancaq həmin gecəyə əməl edərdiniz. Qalan gecələrdə ibadəti tərk edərdiniz".