Quranda adı çəkilən YəcucMəcuc səddi harada yerləşir?


Digərləri 28 May 2019 23:15:00 241 0

Quranda adı çəkilən YəcucMəcuc səddi harada yerləşir?

Yəcuc-Məcuc tayfası barədə həm Bibliyada, həm də Quranda (Kəhf surəsi) məlumat verilir. Quranda yazıldığına əsasən, bu tayfaların hücumundan əziyyət çəkən xalqların xahişi ilə Zülqərneyn onların qarşısında poladdan hündür və möhkəm sədd çəkdirmiş, bu yolla hücumların qarşısını almışdı. Qiyamətə yaxın Yəcuc-Məcuc tayfasının bir daha hücuma keçəcəyi hədislərdə deyilir. Ona görə də, zaman-zaman müxtəlif qəbilələrin hücumlarını Yəcuc-Məcuc hücumu ilə əlaqələndirmək cəhdləri olmuşdur.

Son.az islam.az-a istinadən bildirir ki, tarix boyunca saklar, amazonlar, qotlar, xəzərlər, monqollar Yəcuc-Məcucdan sayılmışlar. Yəcuc-Məcuc səddi kimi tanınan bir neçə məkan vardır ki, bunların ən məşhurları Qafqazda yerləşir. Bu səddin Gürcüstanda və ya Dərbənddə yerləşdiyini iddia edənlər vardır. İslami mənbələrdə daha çox dəmirqapı Dərbənd səddinin Yəcuc-Məcuc səddi olması fikri vurğulanır. Birbaşa tarix və arxeologiya ilə bağlı olduğundan, bu istiqamətdə araşdırmalar aparılmasına ehtiyac vardır.