Qədr gecəsinin namazı necə qılınır?


Digərləri 28 May 2019 23:10:00 260 0

Qədr gecəsinin namazı necə qılınır?

Qədr gecəsinin namazı necə qılınır?

Son.az deyerler.org-a istinadən bildirir ki, qədr gecələrinin özünə məxsus əməlləri var. Onlardan biri də Qədr gecəsinin namazıdır. Qədr gecəsində qılınan namazın böyük savabı vardır. Onun qılınma vaxtı xiftən (işa) namazı ilə sübh namazı arasındadır.  Qədr gecəsinin namazının qaydası isə belədir:

1) Niyyət "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah".

2) Sübh namazı kimi iki rükətlidir. Lakin hər rükətində "Həmd" surəsindən sonra 7 dəfə "İxlas" ("Qul huvəllah") surəsi oxunulmalıdır.

3) Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" zikri deyilir.