Qədr gecəsinin ən mühüm 4 xüsusiyyəti


Digərləri 28 May 2019 22:10:00 180 0

Qədr gecəsinin ən mühüm 4 xüsusiyyəti

Qədr gecəsini bizlərə Quran və Məsumlarımız (ə) tanıtmışdır. Bu, elə bir fəzilətli gecədir ki, Allah hər bir bəndəsinin duasını eşidər və istəklərini yerinə yetirər. Bu, elə bir mübarək gecədir ki, mələklər göydən yerə enər və insanları öz rəhmətləri ilə əhatə edərlər. Bu, elə gecədir ki, insanın birillik taleyi həll olar və ruzisi bölünər. Bu mübarək gecənin dörd mühüm xüsusiyyəti vardır ki, başqa fəzilətli gecələrdən fərqlənir. Onlara nəzər salaq.

1. Min aydan da üstün gecədir. Quran buyurur: "Qədr gecəsi min aydan daha xeyirlidir". ("Qədr" 3). Son.az deyerler.org-a istinadən bildirir ki, məsumların (ə) nəzərinə görə, bu gecə ona görə min aydan üstündür ki, bu gecədə yerinə yetirilən yaxşı əməllər başqa aylarda yerinə yetirilən yaxşı əməllərdən daha üstündür.

2. Bu gecədə mələklər və Ruh yerə enər. Bu, elə mübarək gecədir ki, səmanın qapıları açıq olar və mələklər yerə enərlər. Quran buyurur: "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər". ("Qədr" 4).

Ruhun nə olduğu barəsində İmam Sadiq (ə) buyurur ki, Ruh Cəbrayildən (ə) daha böyükdür və o, mələk deyildir. Halbuki, Cəbrayil (ə) mələkdir.

3. Elə bir gecədir ki, hamı səhər dan yeri sökülənə qədər amanda olar. İmam Səccad (ə) buyurur: "O gecə dan yeri sökülənə qədər aman gecəsidir".