Ramazan ayında cənabət qüslü


Digərləri 28 May 2019 22:15:00 308 0

Ramazan ayında cənabət qüslü

Ramazan ayında cənabət qüslü almağı unudan və cənabətli halda oruc tutan, lakin gün ərzində bunu xatırlayan şəxsin orucu düzgündürmü?

Ramazan ayında qəsdən cənabətli halda sübh azanına kimi qalmaq orucu batil edər. Lakin əgər bu, qəsdən deyil, unutqanlıq və ya şəriət hökmünü bilməmək üzündən baş versə, insan gün ərzində bunu anlasa, həmin günün orucu düzgündür və gərək günün sonuna kimi oruclu qalsın. Amma cənabət qüslü almağı unudub oruc tutsa və gün sona çatdıqdan sonra bunu xatırlasa, həmin günün orucunu qəza etməlidir.

Son.az islam.az-a istinadən bildirir ki, eləcə də, cənabətli halda unutqanlıq üzündən bir neçə gün oruc tutsa və sonra yadına düşsə ki, qüsl almayıb, bu halda cənabətli halda oruc tutduğunu yəqin bildiyi günlərin sayı qədər qəza etməlidir. Bu hökmün xırdalıqları barədə Ayətullah Şübeyri Zəncaninin fətvaları bir qədər fərqlənir; onun müqəllidləri risaləyə müraciət etsinlər.