İftar vermək – gözəl savabdır, amma israf olmasa


Digərləri 28 May 2019 21:40:00 222 0

İftar vermək – gözəl savabdır, amma israf olmasa

Ramazan ayında iftar süfrəsi hər bir Allah qonağının üzünə açıq olar. Quran ayələri və hədislərimiz bu mübarək ayda oruc tutanlara iftar verməyimizi tövsiyə edir. Ancaq bu süfrələr israf xarakteri daşımamalıdır. Çünki israf etmək bu iftar süfrəsinin dəyirini aradan aparar. (Tebyan)

İsraf elə bir əməldir ki, Quran 20 ayəsində onu məzəmmət etmişdir.

İsraf özünü bir çox sahələrdə: iqtisadiyyat, əxlaq və etiqadi məsələlərdə göstərər. Hər birində də bəyənilmir və məzəmmət olunur. Allah Təala Quranda möminlərə buyurur ki, mötədil olsunlar, həddi aşmasınlar. Çunki həddi aşmaq israf olar. Bir cəmiyyətdə əgər israf artarsa, fəsad üçün zəminə hazırlanar.

Son.az deyerler.org-a istinadən bildirir ki, israf dedikdə etidal həddini aşmaq nəzərdə tutulur. İnsan bəzən maddi məsələlərdə və bəzən də mənəvi məsələlərdə israf edər.

İftar süfrələri infaqın bir növüdür. İnfaq etmək cəmiyyətdə böyük təsirə malikdir. İctimai rabitələrin möhkəmlənməsinə və yoxsulluğun aradan getməsinə səbəb olar. Ancaq infaq gərək infaq əhlinə verilsin. Zəngin insanlara verilən iftar süfrələrində həmişə israf olunar və yeməklərin çox hissəsi sonradan zibilə atılar. Bu iftarın savabı olmadığı bir yana, ardınca İlahi qəzəbə səbəb olar. Əmirəl-möminin (ə) buyurur: "Həddi aşmaq - bəxş etməyin bəlasıdır".

Əgər insanın ifrat süfrəsi verməkdə niyyəti Allah rizasını cəlb etmək olarsa, bu qədər israf etmək yerinə, niyə həmin pulu yoxsullara infaq etmir? Niyə qohumları arasında ən yoxsul olanları iftara çağırmır?

Susuzluq, aclıq və ehtiyac hissi - orucun hökmlərindəndir. Zəngin insan il boyu nemət və rifahdan bəhrələnər və nə zaman nə istəsə, əldə edə bilər. Ancaq Ramazan ayında yoxsulların və ehtiyac içində olanların çəkdiyi ağrı və əziyyəti hiss edər və qəlfətdən ayılar.