Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib


Digərləri 28 May 2019 21:31:00 232 0

Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib

Gədəbəy rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin dediyinə görə, mayın 28-də Gədəbəy rayonunda güclü leysan rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. Təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaratsa da hazırda regionda elektrik enerjisinin verilişi bərpa olunub: "Güclü yağış-leysanla əlaqədar 35 kilovoltluq Slavyanka yarımstansiyasından 10 kilovoltluq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırıb. Mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olsa da, hazırda elektrik verilişi tam bərpa olunub", - deyə T.Mustafayev bildirib.

T.Mustafayev həmçinin qeyd edib ki, bu gün Gəncədə də yağışlı hava şəraiti hökm sürüb, dolu yağıb. Burada da "Azərişıq" ASC qabaqlayıcı tədbirlər görüb.