Tərbiyəsiz turistlər Pasxanı viran qoyur FOTO


Digərləri 28 May 2019 21:01:00 219 0

Tərbiyəsiz turistlər Pasxanı viran qoyur  FOTO

"Tarixi və mədəni irsə sayğı bəsləməyən tərbiyəsiz turistlər Pasxa adasını tədricən dağıdır, məhv edirlər".

Tanınmış arxeoloq Co Enn van Tilburq belə deyir. Onun sözlərinə görə, adada çalışanlar turistlərin kütləvit axınının öhdəsindən gəlməyə çalışırlar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Sakit Okeanda Çili ərazisi olan adada turistlər "moai" adlanan abidələrə dırmaşır, məzarların üzərində otururlar.

"Onları deyəsən, yerli sakinlər və ya adanın tarixi yox, sadəcə, selfi çəkmək maraqlandırır. Selfi çəkmək üçün qədim, dəyəri bilinməyən abidələri tapdalayan, həmin abidələrə dırmaşan turistlər tarixi məhv edirlər. Onların arasında elələri var ki, abidələrin burunlarını "qurdalayırlar". Bu, biabırçılıq, tərbiyəsizlikdir", - ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin professoru van Tilburq söyləyib.

Onun sözlərinə görə, ötən il adaya 150 min turist gəlib. Halbuki adada elektroenerji təminatı generatorlar hesabına həyata keçirilir, içməli su mənbələri qurumaq ərəfəsindədir. Yerli infrastruktur isə fasiləsiz artan turist axınının öhdəsindən zorla gəlir.


Xəbərə aid fotolar