Qaynana, yoxsa gəlin?


Digərləri 28 May 2019 20:15:00 236 0

Qaynana, yoxsa gəlin?

Qaynana yoxsa gəlin? Kim haqlıdır? Əslində hər iki tərəf. Hərənin öz həqiqəti var.

Düşünürsünüz qaynana-gəlin konflikti yalnız Azərbaycandadır? Əsla!

Son.az vib.az-a istinadən bildirir ki, bütün dünyada iki qadının müxtəlif cür sevdikləri eyni kişi üzərində olan münaqişəsi var. Hətta qohumluq əlaqələrinin və temperamentlərin soyuq olduğu Qərb mədəniyyətində "terrorist qaynana" və "dikbaş gəlin" anlayışları var.

Qaynanalara praktiki məsləhətlər: - Həyatınızı asanlaşdırın. Sizə aidiyyatı olmayan məsələ və problemlərlə özünüzü yükləməyin. Olmayan yerdən nə özünüzə nə də başqalarına stress şəraiti yaratmayın.

- Etibarlı olun. Gənclərin öz problemlərini özlərinə həvalə edin. Sizin müdaxiləniz olmadan istənilən halda istənilən problem həllini tapacaqdır. Yox əgər həll özü və həllin yolları sizi qane etmirsə birinci punktu oxuyun.

- Hərə öz rolunu oynasın. Siz nənə olun, gəlin də ana. Gəlinin analıq vəzifələrini və qayğılarını öz boynunuza götürməyə ehtiyac yoxdur. Gəlin də ana instinktinə malikdir və körpəsini nə acından, nə soyuqdan öldürmək, nə də uşağını təhsilsiz böyütmək niyyətindədir. Nənə olmaq həyatınızda növbəti mərhələdir və özlüyündə necə də gözəldir!

- Hörmətli olun. Hörmət görmək üçün hörmət yerinizi qoruyun. Sizə hörmətsizlik ediləcək şərait yaratmayın. Bu xüsusən manipulyant qadınlara aid etmək olar. "Əgər belə olmasa (etməsəniz), mən də ... edəcəm (küsəcəm, ...)" yanaşmasını kənara qoyub özünüzü ağbirçək qismində aparın. Bunun yalnız və yalnız sizə müsbət təsiri olacaqdır, inanın.

- Reallıqla barışın. Əlbəttə bütün analar öz oğullarını evləndiyi qadından daha üstün olan birinə rəva bilirlər. "Real" gəlin ilə razılaşmaq asan iş deyil, axı "arzuların" gəlini hələ də beyninizdə sizə rahatlıq vermir. Yeganə çıxış yolu real gəlini qəbul edib, "arzuların" gəlinini elə arzularınızda da basdırıb məzarına qoymaqdır. Əlbəttə zövq və priotitetlər fərqlidir reallıq sizin deyil oğlunuzun seçimidir.

- Alçaltmayın. Oğlunuzun həyat yoldaşını və nəvələrininiz anasını istənilən cüzi formada alçaltmayın. Öz komplekslərinizin və uğursuzluqlarınızın acısını gəlini alçaltmaqla kompensasiya etməyin. Ən azından onun sizin keçmiş və cari problemlərinizdə heç bir günahı yoxdur.

- Fiziki məsafə saxlayın. Ayrı yaşamaq mümkündürsə ayrı yaşamaq üçün şərait yaradın. Yox əgər maddiyyat buna imkan vermirsə gənclərin şəxsi vaxt və şəxsi məkanına hörmətlə yanaşın.

Gəlinlərə praktiki məsləhət: - Sevin. Yoldaşınızı sevdiyinizə görə onun anasını da sevməyə çalışın. Övlad yetişdirmək asan iş deyil. Ən azından ərinizi layiqli şəkildə böyüdüb sizə "təhvil verən" qadını sevin, yoldaşınızın sevdiyi qadını sevin.