Limonu xarab olmadan uzun müddət saxlamağın yolları


Digərləri 28 May 2019 20:10:00 230 0

Limonu xarab olmadan uzun müddət saxlamağın yolları

Limonu xarab olmadan günlərlə, hətta həftələrlə saxlamağın yollarını təqdim edir.

- Artıq olan, istifadə etmədiyiniz limonları buzxanaya qoyun. Beləliklə, həmişə əlinizin altında təzə limon olacaqdır. Lazım olduqda həmin limonları buzxanadan götürüb sıxaraq istifadə edə bilərsiniz.

- Limonun qabığındakı C vitamini içindəkinə nəzərən daha çoxdur və bunun üçün də onu qabığıyla birgə rəndələmək daha faydalı olar. Qabığının qurumaması üçün bir bütün limonu yaxşıca yuyun, soyuducu torbasına qoyub buzxanaya yerləşdirin.

- Limonu bir-iki həftə xarab olmadan saxlamaq üçün başqa bir üsul da onu su ilə dolu bir qabın içində saxlamaqdır. Hər gün bu suyu dəyişdirərək ən az 2 həftə saxlaya bilərsiniz.