Hikmət Hacıyev Romada Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təşkil olunmuş tədbirlərdə çıxış edib (FOTO)


Digərləri 28 May 2019 19:24:00 260 0

Hikmət Hacıyev Romada Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təşkil olunmuş tədbirlərdə çıxış edib (FOTO)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib

Bakı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib. Trend-in məlumatına görə, İtaliyanın beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış aparıcı beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SIOI - Società Italiana per l'Organizzazione Internazionale) “Azərbaycanın xarici siyasəti: imkanlar və çağırışlar” adlı konfransı giriş nitqi ilə açan İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Frattini Azərbaycanın regionda sülh və sabitliyin qorunub saxlanılmasına verdiyi töhfələrindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib, ölkəmizin multikulturalizm nümunəsi kimi artan rolundan danışıb. Azərbaycan və İtaliya arasında mövcud yüksək səviyyəli siyasi dialoq, strateji tərəfdaşlıqdan söz açan F.Frattini iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxşaxəli əlaqələrə toxunub. Ardınca çıxış edən Hikmət Hacıyev Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixinə nəzər salaraq həmin müddət ərzində ölkəmiz üçün atılmış mühüm addımlardan, ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi yol və inkişaf strategiyasından bəhs edib. O, Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlər, ölkəmizin istirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri və təşəbbüslərdən söz açaraq ölkəmizin regional səviyyədə siyasi dialoqa, iqtisadi inkişafa, əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Haciyev ölkəmizin prinsipial mövqeyini iştirakçıların diqqətinə çatdırıb. Konfrans sual-cavabla davam etdirilib. H.Hacıyev habelə, İtaliyanın aparıcı universitetlərindən olan Roma Sapienza Universitetində Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri, professor Daniel Pommierin müəllifi olduğu “Azərbaycanın beynəlxalq tarixi (1919-1920)” adlı kitabın təqdimat mərasimində də çıxış edərək Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol, ölkəmizin xarici siyasətinin prioritetləri barədə danışıb. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Roma Sapienza Universitetinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə dərc olunmuş kitab Azərbaycan Xalq Cümhuriyyətinin 1919-1920-ci illəri əhatə edən xarici siyasəti, həmin dövr ərzində Azərbaycan nümayəndə heyətinin Paris beynəlxalq sülh konfransında iştirakı və həmin illərdə Azərbaycan-İtaliya münasibətlərindən bəhs olunur. Tədbirdə, eləcə də Roma Sapienza Fondunun sədri Antonello Biagini, universitetin professorları Giovanna Motta, Fabio Grassi və kitabın müəllifi Daniel Pommier Vincelli də çıxış ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin