Azərbaycanda qadının əlqolunu bağlayan maskalı şəxslər tutuldu


Kriminal 28 May 2019 18:54:00 189 0

Azərbaycanda qadının əlqolunu bağlayan maskalı şəxslər tutuldu

Samuxdan olan  dəstənin digər əməlləridə üzə çıxıb.

Son.az Baku ws-ə istinadən bildirir ki, bir neçə gün əvvəl Şəmkirdə qadına qarşı zor tətbiq edən dəstə tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Qurban oğlu Kazımov və 31 yaşlı Vəli Abdulla oğlu Şəfiyev saxlanılıb.

İstintaq tədbirləri zamanı həmin şəxslərin cinayətdə istifadə etdiyi maskalar, eləcə də digər cinayət alətləri maddi sübut kimi götürülüb. İlkin dindirilmə zamanı dəstənin digər şəhər və rayonlarda da bənzər quldurluq əməlləri üzə çıxıb.

Şəmkir polisi həmən şəxslərin əməllərindən zərərçəkən şəxslərin polisə müraciət etmələrini xahiş edir. Bildirək ki, Samuxlu cinayətkar dəstə sonuncu dəfə Şəmkir rayon sakini Gülnarə Qasımovanın evini qarət ediblər.

Quldurluq etmiş şəxslər söhbət əsnasında qadına Rusiyadan pul gələcəyini eşidib. Sonra evə daxil olaraq qadının əl qolunu bağlayıb mənzildən 3 min rubl, 3 min manat dəyərində qızıl zinyət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.


Xəbərə aid fotolar