Rusiyada meşə sakininin şəhərə səfəri uğursuz olub


Digərləri 28 May 2019 18:24:00 227 0

Rusiyada meşə sakininin şəhərə səfəri uğursuz olub

Rusiyanın Krasnoyarsk diyarının Severo-Yeniseysk qəsəbəsində iri ayı meşədən çıxaraq uşaq meydançasına qədər gəlib.

Son.az Bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir. 

Məlumata əsasən, olay barədə xəbər alan polislər və ovçular hadisə yerinə gəliblər. Onlar əvvəlcə xüsusi vasitələrin köməyi ilə yırtıcını meşəyə qovmağa cəhd ediblər. Lakin səs-küy ayıua təsir etməyib və o insanların üstünə cumub. Bunu görən hüquq-mühafizə orqanlarının işçiləri silah işlətməyə və ayını zərərsizləşdirməyə məcbur olublar.