Gəlin azyaşlı baldızını götürərək evdən qaçıb


Digərləri 28 May 2019 18:00:00 236 0

Gəlin azyaşlı baldızını götürərək evdən qaçıb

Şabran rayonunun Dağbilici kəndində hadisə baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Çinarə adlı kənd sakini baldizı 12 yaşlı Güldanə Daşdıyevanı dünən saat 11 radələrində su doldurmaq adı ilə götürərək evdən çıxıb.

Kənd sakinlərinin sözlərinə əsasən,  gəlin azyaşlı ilə birlikdə qara rəngli avtomobilə minib və bir daha evə qayıtmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və qaçanların axtarışları davam etdirilir.

Son.az