İsti çay içmək xərçəng yaradır?


Digərləri 28 May 2019 16:40:00 251 0

İsti çay içmək xərçəng yaradır?

Çay ölkəmizdə ən çox içilən mayelərdən biridir. Evimizə qonaq gələndə  ona yeməkdən qabaq və sonra çay təklif edirik. Bəs görəsən məlumatımız varmı ki, çay, kofe və digər mayeləri çox isti qəbul etdikdə bunun bizə nə kimi zərərləri ola bilər? Hətta belə məlumatlar da yayılıb ki, isti çay qida borusu xərçəngi yarada bilir.

Son.az bildirir ki, Tibb elmləri doktoru Adil Qeybulla mövzu barədə Modern.az saytına danışıb.  

Ekspert isti içkilərin xərçəng yaratmasının bir mənalı şəkildə sübut olunmadığını deyib:

"Məsələ burdadır ki, kofe, çay yaxud digər maddələrin xərçəng xəstəliyi törətməsi birmənalı sübuta yetirilməyib. Amma isti içki təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bu da uzun müddət isti çay içən insanlarda ciddi xəstəliklər yaranması  ehtimalını artır".

Adil Qeybulla əlavə edib ki, yüksək temperaturlu mayelər qida borusunun yanmasına səbəb ola bilər :