İngiltərədə sahələrdə yeni simvollar peyda oldu


Digərləri 28 May 2019 16:16:00 388 0

İngiltərədə sahələrdə yeni simvollar peyda oldu

İngiltərədə sahələrdə yeni simvollar peyda olub.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, simvollardan biri Sayrensester şəhəri yaxınlığında, digəri isə Hempşir qraflığındakı Çilton-Kandover kəndi yaxınlığındakı sahələrdə üzə çıxıb. Bu simvollar ufoloqların və digər alimlərin diqqətini cəlb edib.

Ufoloqların fikrinə görə, bu simvolları yadplanetlilər çəkib. Skeptiklər isə bildirirlər ki, yeni rəsmlər digərləri ilə müqayisədə daha primitvdir və simmterik deyillər. Hələlik rəsmlərin kim və hansı məqsədlə çəkildiyi bilinmir. 

Qeyd edək ki, bu tip rəsmlərlə bağlı ilk hadisə deyil. Bundan əvvəl də dəfələrlə anoloji hadisələr İngiltərədə və müxtəlif ölkələrdə baş verib.