“Damla özüözünə “like” yığır”


Şou-biznes 28 May 2019 15:34:00 235 0

“Damla özüözünə “like” yığır”

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Nazim Pişyari Mustafayev olub.

Son.az bildirir ki, faytonçu Nazim, qulaq asmadığı müğənnilərin adını çəkib:

"Damla, Şəbnəm Tovuzlu, Talıb Taleh, Üzeyir... Mən bu insanları dinləmirəm. Nə mahnı oxuyurlar onu da bilmirəm. Ola bilsin onlar da məni dinləmirlər, mən buna normal baxıram. Bunlar nə boyda müğənni oldular ki, milyonlarla baxışı var. Təbii ki, hamısı pulnan olunan şeylərdir. Özləri özlərinə "like" yığan müğənnilərdir. Necə olur Rəşhid Behbudov və Üzeyir?!...  Bu necə ola bilər ki? Şəxsiyyətləri ilə işim yoxdur, nə oxuyurlar özləri bilərlər. Sadəcə mənim zövqümdə deyillər deyə onları dinləmirəm".