Türk komandoslar İraqa girdi


Dünya 28 May 2019 15:22:00 281 0

Türk komandoslar İraqa girdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalı istiqamətində "Pəncə" əməliyyatına başlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, əməliyyat ötən gün günorta saatlarında "Fırtına" haubitsalarının zərbələri ilə başlayıb. Axşam 20:00 radələrində türk komandos dəstələri Şimali İraqa daxil olub. ATAK helikopterləri vasitəsilə də ərazidəki terrorçu qruplara məxsus sığınacaq, döyüş mövqeyi və anbarlara zərbələr endirilib. Hədəf kimi Hakurk bölgəsi seçilib.

Əməliyyat şəxsən Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər tərəfindən idarə edilib.