Nazirlik Şamaxıda vulkan püskürən ərazidə araşdırmaya başladı


Digərləri 28 May 2019 13:37:00 230 0

Nazirlik Şamaxıda vulkan püskürən ərazidə araşdırmaya başladı

Şamaxı rayonunun Dağ Göylər kəndində vulkan püskürüb.

Gecə saatlarında püskürən vulkan yerin altından xaric olan palçığı ətrafa yayıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Eologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirlik artıq məsələdən xəbərdardır:

"Hazırda mütəxəssislərimiz həmin ərazidədir və araşdırma aparılır. Araşdırmanın sonunda yekun açıqlama veriləcək".