Kanadada təyyarə qəzası - 2 nəfər öldü


Digərləri 28 May 2019 13:05:00 193 0

Kanadada təyyarə qəzası - 2 nəfər öldü

Kanadada yüngül motorlu təyyarə qəzası baş verib.

Bakı. Kanadada yüngül motorlu təyyarə qəzası baş verib. Trend-in məlumatına görə, "Cessna 170" təyyarəsi Yukon ərazisinin paytaxtı Uaytxors şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, təyyarə Alyaska ştatına - Ankoricə uçmalı idi. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb.