Çində beşinci mərtəbədən yıxılan uşağı belə xilas etdilər VİDEO


Dünya 28 May 2019 12:31:00 203 0

Çində beşinci mərtəbədən yıxılan uşağı belə xilas etdilər  VİDEO

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda kişi beşinci mərtəbədən yıxılan uşağı xilas edib.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Belə ki, beşinci mərtəbənin pəncərəsinə yaxınlaşan iki yaşlı uşaq oradan yıxılıb. Şahidlərin sözlərinə görə, küçədəki yaşlı insanlar onu görsələr də, köməyə gələnə qədər hadisə baş verib.

Avtomobilini həmin pəncərənin aşağısında park edən 28 yaşlı Tonik Turqanbek oğlanı xilas edib. Belə ki, o, uşağı xilas etmək üçün ona tərəf qaçanda uşaq onun üzərinə düşüb.

"Onu görəndə havada idi, aşağıya düşürdü, heç nə haqda düşünmədim, sadəcə, onu tutdum. Sonrasını bilmirəm, çünki bir anlıq huşumu itirdim. Ayılanda ətrafımda polislər və xilasedicilər vardı".