Nazirlik Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirib (FOTO)


Digərləri 28 May 2019 12:08:12 170 0

Nazirlik Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirib (FOTO)

Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib.

Bakı. Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin könüllü gəncləri və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu əməkdaşlarının iştirakı ilə Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib. Qeyd edək ki, Daşgil Palçıq Vulkanı ETSN-nin Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır. İməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.