Müğənni qızı barədə deyilənlərə əsəbləşdi:


Şou-biznes 28 May 2019 11:30:00 268 0

Müğənni qızı barədə deyilənlərə əsəbləşdi:

Müğənni Rahidə Baxışova "5/5"də sosial şəbəkə hesabında qızı ilə bağlı etdiyi paylaşıma bəzi neqativ şərh yazanlara etirazını bildirib.

Son.az xəbər verir ki, xanım ifaçı 5 yaşlı qızı ilə bağlı etdiyi paylaşımda insanların belə şərhlərini heç cür qəbul edə bilmədiyini deyib.

Rahidə efir vasitəsi ilə videoya yazılan həmin şərh sahiblərini qınayıb:

"Qızımın 5 yaşı var. Hələ məktəbə getmir də, məktəbə hazırlıq kurslarına gedir. Rus bölməsinə qoymuşam. Uşaq da rus dilində şirin danışdığına görə yerləşdirdim səhifəmə. Kiçik səhvləri olub dildə. Gördüm ki, bir neçə adam "A! Bu hələ rus dilində səhv danışır". Mən onlara başa salmaq istədim ki, o, hələ balaca uşaqdı e. 5 yaşında uşaqda səhv tutmaq olmaz da. Uşaqda səhv tutmaq olarmı? O bir az məni incitdi. Elələrinə cavab da vermirəm, xoşuma gəlməyəni blok da edirəm. 


Xəbərə aid fotolar