Maliyyə naziri Avstriya Kanslerinin vəzifəsini müvəqqəti icra edəcək


Dünya 28 May 2019 09:11:00 200 0

Maliyyə naziri Avstriya Kanslerinin vəzifəsini müvəqqəti icra edəcək

Avstriyanın hazırkı Kansleri Sebastyan Kurtsun höküməti vəzifəsindən azad ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avstriya prezidenti Aleksand van der Bellen deyib.

Onun sözlərinə görə, Avstriya Kanslerinin vəzifəsini ölkənin maliyyə naziri Hartviq Lyöger müvəqqəti icra edəcək.

Qeyd edək ki, Avstriya parlamenti ötən gün S.Kurtsun rəhbərlik etdiyi hökümətə etibar etmədiyini bəyan edib.