Redmi 7A modeli təqdim edildi


Digərləri 28 May 2019 08:05:00 206 0

Redmi 7A modeli təqdim edildi

"Redmi"  nəhəng batareyası ilə olduqca uzun ömürlü istifadəyə imkan verən yeni nəsil başlanğıc səviyyəli telefon modeli Redmi 7A-nı təqdim etdi.

Son.az chip.az-a istinadən bildirir ki, "Xiaomi" alt markası "Redmi"  "Redmi 7A" yeni modelini rəsmi olaraq nümayiş  etdi. Bir arxa kamera və köhnə moda çərçivəli dizayna sahib "Redmi 7A" smartfondan gündəlik standart istifadə etməyi gözləyənlər üçün əlverişli bir həll təklif edir.

Snapdragon 439 prosessoru ilə təchiz olunmuş "Redmi 7A" 5.45 düymlük kompakt ekran təqdim edir. Cihazın ən gözəl xüsusiyyətlərindən biri 4000 mAh ilə müqayisədə çox böyük bir batareyaya malik olmasıdır. Üstəlik bu batareya 10W şarj sürətini dəstəkləyir .

"Redmi 7A" modelinin xüsusiyyətləri

Snapdragon 439 prosessoru, Adreno 505 GPU

2 GB RAM, 16 GB / 3 GB RAM, 32 GB yaddaş  saxlama

5,45 düym 1440 x 720 piksel HD + ekran

Android 9.0 Pie əməliyyat sistemi