Biohaking adli tibbi cərəyan 6ci hissi əvəz edəcək


Digərləri 28 May 2019 07:21:00 221 0

Biohaking adli tibbi cərəyan 6ci hissi əvəz edəcək

Bəs bədəninizin heç sahib olmadığı qabiliyyətləri qazanmaq üçün vücudunuza çip taxardınız?

Bəşəriyyət olaraq  minlərlə ildir tibbi yeniliklər üzərində işlər görməyə  davam edirik. Ancaq tibb inkişaf edərkən nəyin doğru, nəyin səhv bir tətbiq olduğunu anlamaq mümkün olmur. Çox da uzaq olmayan bir zamanda baş ağrısına həll olaraq insanların başına mismar vurulduğunu nümunə olaraq göstərmək olar. Nəysə ki, sözügedən üsuldan tətbiq etməyin bir işə yaramadığı aydın oldu. Və ya bu kimi müxtəlif təbib yollarını oxuduğunuz lətifələrdə gülüş obyektinə çevrildiyini tez-tez şahidi olmusunuz. Zaman keçdikcə bu gülüş obyekti olan hərəkətlər texnologiya ilə birləşərək tibb aləmində yeni istiqamətlərin yaranmassına kömək edib. Qısaca bəzən zarafatla səsləndirilən "dişin ağrıyır, çək qurtar, başın ağrıyır ,kəs qurtar!"  deyiminə, daha real həll yolları tapılıb.

Son.az chip.az-a istinadən bildirir ki, biyo-hacking adı verilən yeni tibbi cərəyan, məhz insan bədəninin malik olduğunun üstündə istedadlara sahib olmasına hədəfli  işlərin görülməsinə imkan yaradır. Bu işlərin içində vücuda NFC (Near-field communication) çipi taxmaqdan, sinəyə kompas yerləşdirməyə qədər bir çox tətbiq vasitələri vardır.

İron Man-ın uzun müddət sağ qalmasına və qeyri adi qabiliyyətlərə sahib olmasına yardımçı olan bu özəl güclərin tibblə birləşməsi prosesi, xəyal olmaqdan çoxdan uzaqlaşıb. Bəs bu texnologoyanın yaradıcıları nə düşünür?

BBC-də yayımlanan Viktoriya Derbyshire proqramı, müxtəlif biyo-hacking əməliyyatları həyata keçirən biyo-hacker-lərin hekayələrini elə özlərinin səsləndirməyinə imkan verib. Beləki,  Liviu Babitz, Rich Li və Luke Robert Mason, BBC-nin biyo-hacking araşdırması müvzusunda verilən sualları cavablandırıb və öz hekayələrini danışıblar.

38 yaşlı Liviu Babitz, İcraçı Direktoru olduğu Cyborg Nest şirkəti ilə biyo-hacking işləri həyata keçirir. Bu işlər nəticəsində insan bədəninə, sahib olduğu 5 duyğunun xaricində, yeni duyğular qazandırmağı hədəfləyən Babitz, Nort Sense adını verdiyi cihazla bədənə bir növ quşlarda mövcud olan naviqasiya sistemini quraşdırır.

"Küçədə bilmədiyiniz bir ünvana gedərkən başınız əlinizdəki telefondan ayrılmır. Bu zaman mənzil başına çatana qədər bütün yol boyu əlinizdəki ekrana baxdığınız üçün ətrafınızda olub-bitəni fərq etmirsiniz. İndi isə telefona ehtiyacınız olmadığını, dünyanı bir quş kimi gəzə biləcəyinizi xəyal edin. Hər zaman tam olaraq harada olduğunuzu biləcəksiniz. Necəki görmə əngəlli şəxslər istiqamətlərini asanlıqla tapa bilir."

40 yaşlı dülgər Rich Li isə işi bir addım irəli aparıb. Li-nin barmaqlarındakı dərinin altında maqnitlər və NFC çipləri yerləşir. Bundan başqa, alnında da bədən temperaturunu daim izləməsinə yardımçı olan və bədən istiliyi ölçə bilən cihaz var. Qulaqlarında olan qulaqcıq implantlarından isə heç danışmırıq.