Süni intellekt alsqeymer xəstəliyini erkən mərhələdə aşkar edəcək


Digərləri 28 May 2019 07:01:00 193 0

Süni intellekt alsqeymer xəstəliyini erkən mərhələdə aşkar edəcək

Yeni araşdırma "Radiology" jurnalında dərc edilib. Son.az chip.az-a istinadən bildirir ki, neyron şəbəkəsi beynin metabolizmini təhlil edir. Alsqeymer xəstəliyi zamanı sinir toxumasının müəyyən hissələrində maddələr mübadiləsinin sürəti yavaşıyır. Süni intellekt məhz bu dəyişiklikləri aşkar etməyi öyrənib.   Neyron şəbəkəsi beynin işində kiçik pozuntuları izləyir və demensiya xəstəliyini erkən mərhələdə aşkar etmək qabiliyyətinə malikdir. Məlumata görə, süni intellektin köməyi ilə xəstəliyin simptomlarını 6 il öncədən müəyyənləşdirmək mümkün olacaq. Bu, müalicənin səmərəliliyini xeyli yüksəldəcək. Son.az